12:13 - 6.03.2023
6 mart, Fineko/abc.az. Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib.
ABC.AZ xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.
Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşündə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan Sahib Məmmədov qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.
Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
18 Avqust 2026