16:22 - 3.03.2023
3 mart, Fineko/abc.az. Azərbaycanda internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26.3 Mbps təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşım edib.
“2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir”, - deyə paylaşımda bildirilir.
13 Avqust 2026
13 Avqust 2026