16:22 - 1.03.2023
1 mart, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 7 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti kimi fəaliyyət göstərmək üçün qeydiyyat şəhadətnaməsi verib.
ABC.AZ xəbər verir ki, şəhadətnamələri bu gün keçirilmiş qurumun İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov şirkət rəhbərlərinə təqdim edib.
Beləliklə, həmin şirkətlər rezident olmaqla 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından yararlana biləcəklər. Həmin şirkətlərdə əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.
14 Avqust 2026
14 Avqust 2026