Zəngəzur dəhlizinin 73 faizi icra olunub - DETALLAR

16:11 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

ABC.AZ AAYDA-ya istinadən xəbər verir ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.

İcra olunanlar aşağıdakılardır:

-    Torpaq yatağı - 70,19 km,

-    Hamarlayıcı layı – 47,79 km,

-    Əsasın alt layı (subbase) sol tərəfdə - 40,43 km və sağ tərəfdə - 34,59 km,

-    Əsasın üst layı (base) sol tərəfdə - 40,15 km və sağ tərəfdə - 31,43 km,

-    Bitumlu təməl layı sol tərəfdə - 35,77 km və sağ tərəfdə - 26,31 km,

-    Binder layı - 8,08 km.

-    Dairəvi borular - 202 ədəd tikilib, 32-də işlər davam edir.

-    Düzbucaqlı borular - 26 ədəd tikilib, 4-də işlər davam edir.

-    Alt keçidlər - 44 ədəd tikilib, 2 -də işlər davam edir.

-    Körpülər və qovşaqlar - 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.