12:17 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Azərbaycanda ötən ay informasiya və rabitə müəssisələri 229,9 milyon manatlıq xidmət göstərib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 72%-i əhaliyə göstərilib.
Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 17,2% artıb. Xidmətlərdən əldə edilən gəlirin 40,1%-i və ya 92,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026