"Trendyol"un Azərbaycandakı fəaliyyəti araşdırılacaq

14:11 - 23.02.2023


23 fevral, Fineko/abc.az. Türkiyənin Azərbaycanda ən çox onlayn satış bazaına malik olan "Trendyol" platforması ilə bağlı müzakirələr aparılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin təşkil etdiyi konfransda Xidmətin nümayəndəsi Cavid Süleymanov bildirib.

O bildirib ki, sözügedən platformanın Azərbaycanda haqsız rəqabət yaratması riskləri var.

Onun sözlərinə görə, əgər araşdırmalar "Trendyol"un haqsız rəqabətə yol verdiyini aşkar edərsə, bu patformaya qarşı tədbirər görülə bilər.

Bu tədbirlərdən biri "Trendyol"un Azəraycanda nümayəndəliyinin açılması, illik dövriyyə satış həcminin azı 30-40%-i qədər məhsulun Azrbaycandakı anbarlarda saxlanması və eləcə də gömrük vergi və rüsumlara cəlb edilməsi ola bilər.