17:18 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Azərbaycan 2022-ci ildə Rusiyaya ixrac etdiyi alkoqollu içkilərin həcmini 10 dəfədən çox artırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Ölkədən şimal qonşuya ümumilikdə 10.59 milyon dollar həcmində alkoqollu içki ixrac edilib.
Butulkada olan 206.87 min dekalitr həcmində üzüm çaxırı ixrac edib. Bunun da ixrac dəyəri 4.39 milyon dollardır.
Ölkədən ixrac olunan ən böyük həcmli ikinci məhsul isə viski olub. Azərbaycanda istehsalına yenicə başlanılan bu tünd içkinin Rusiyaya ixrac həcmi 120.21 min dkl təşkil edib ki, bu da idxalın 3.96 milyon dollar olması deməkdir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026