Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi artıb ya azalıb?

15:41 - 22.02.2023


22 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 52 mlrd. 172 mln. manata bərabər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, sözügedən dövrdə Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 20.2% artaraq 30 mlrd. 819 mln. manat təşkil edib.

Nəzərə alaq ki, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcminın 59% paytaxtın payına düşür.

Mərkəzi-Aran iqtisadi rayonunda bu göstəricinin həcmi 12.2% artaraq 2 mlrd. 549 mln. manat, Abşeron-Xızı iqtisadi rayonunda 21.8% artaraq 2 mlrd. 307 mln. manat, Lənkəran-Astara iqtisadi rayonunda 17.7% artaraq 2 mlrd. 273 mln manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 15.5% aratarq 2 mlrd. 104 mln. manat, Qazax-Tovuz iqtisadi rayonunda 17.6% artaraq 1 mlrd. 964 mln. manat, Quba-Xacmaz iqtisadi rayonunda 14.6% artaraq 1 mlrd. 673 mln. manat, Şəki-Zaqatala iqtisadi rayonunda 15.2% artaraq 1 mlrd. 612 mln. manat, Şirvan-Salyan iqtisadi rayonunda 13.8% artaraq 1 mlrd. 681 mln. manat, Mil-Muğan iqtisad rayonunda 17.4% artaraq 1 mlrd. 309 mln. manat, Qarabağ iqtisadi rayonunda 19.55 artaraq 1 mlrd. 251 mln. manat, Dağlıq Şirvan iqtisadi rayonunda isə 15% artaraq 871 mln. manat təşkil edib.