14:15 - 21.02.2023
21 fevral, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb.
İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq.
Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur.
Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026