Ərzaqın bahalaşma sürəti əhalinin gəlirlərinin artım sürətini üstələyib

17:30 - 20.02.2023


20 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında Azərbaycanda ərzağın bahalaşma sürəti əhalinin gəlirlərinin artım sürətini üstələyib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında əhalinin nominal gəlirləri 5 milyard 379,2 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 15% artıqdır.

Yanvar aynıda əhalinin adambaşına düşən gəlirləri isə 531 manati təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% artıqdır.

Qeyd edək ki, sözügedən dövrdə Azərbaycanda ərzaq mallarının qiymətinin artım sürəti gəlirlərin artım sürətini xeyli üstələyib.