Zəlzələ zamanı 66 “Migros” mağazası dağılıb

15:51 - 15.02.2023


15 fevral, Fineko/abc.az. "Migros Ticaret A.Ş."nin İctimaiyyəti Məlumatlandırma Platformasında yerləşdirdiyi açıqlamsında, 6 fevral 2023-cü ildə baş vermiş zəlzələ ilə bağlı itkilər və tələfatlar barədə məlumat verilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Migros-un 31 yanvar 2023-cü il tarixinə Türkiyə ərazisində 2 min 927, zəlzələnin təsir etdiyi 10 bölgədə isə  228 mağazası olub. 

Bu mağazalardan 66-nın yararsız hesab edildiyi bildirilib, 22 nəfər Migros əməkdaşının həyatını itirdiyi qeyd edilib.