12:31 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar ayında istehlakçılar tərəfindən ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 2 170 mln. manat xərclənib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 2.4% çoxdur.
Əlavə edək ki, ötən ay istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50.5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
18 Avqust 2026