Bu ölkədə plastik məhsullar tam qadağan olundu

10:54 - 15.02.2023


15 fevral, Fineko/abc.az. Şri-Lanka hökuməti bu gün bioloji parçalanmayan birdəfəlik plastik məhsullara tam qadağa qoyub.

ABC.AZ xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Şri-Lankanın informasiya naziri Bandula Qunavardena qadağanın ətraf mühitin mühafizəsi, həmçinin, adada məskunlaşan fillərin və vəhşi maralların mühafizəsi üzrə tədbirlərlə əlaqədar olduğunu bildirib.

Onun sözlərinə görə, iyun ayından etibarən Şri-Lankada plastik məhsulların istehsalı və satışı qadağan olacaq. Bu tədbirlər 2017-ci ildən qüvvədə olan ölkədə plastik paketlərin istifadəsinə qadağanı, həmçinin, 2021-ci ildə birdəfəlik plastik qabların və uşaq oyuncaqlarının idxalına qoyulan qadağanı tamamlayacaq.