15:48 - 14.02.2023
14 fevral, Fineko/abc.az. Slovakiya və Azərbaycan qaz şəbəkələrinin dekarbonizasiyası sahəsində əməkdaşlıq edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyindən Fins.Az-a bildirilib.
"Slovakiya Respublikası Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığa açıqdır və özünün bu sahədəki, o cümlədən bərpa olunan enerji sahəsində Avropa siyasətinin reallaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır. Slovakiya su elektrik stansiyaları və günəş elektrik stansiyalarının tikintisi, həmçinin biokütlənin, günəş istilik sisteminin və istilik nasoslarının istifadəsi üzrə böyük təcrübəyə malikdir. Qaz şəbəkələrinin dekarbonizasiyası müvafiq maraqlı tərəflərin mümkün əməkdaşlığının daha bir istiqamətinə çevrilə bilər", - nazirlikdən deyilib.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026