16:19 - 13.02.2023
13 fevral, Fineko/abc.az. 2022-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 4,6 faiz, tütün – 31,0 faiz, çay – 59,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,1 faiz, mineral gübrələr – 10,0 faiz, emal olunmamış alüminium – 50,2 faiz, qara metallardan çubuqlar – 41,9 faiz, sement klinkerləri – 14,8 faiz, qara metallardan borular – 24,5 faiz artmış, təzə tərəvəz ixracı isə 2,8 faiz, şəkər – 7,1 faiz, kartof – 15,2 faiz, bitki yağları – 33,5 faiz, meyvə və tərəvəz şirələri – 12,2 faiz, meyvə və tərəvəz konservləri – 0,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 32,3 faiz, pambıq lifi – 39,0 faiz, polietilen – 13,7 faiz, polipropilen – 7,7 faiz, pambıq ipliyi – 53,2 faiz, qara metallardan yarımfabrikatlar – 49,6 faiz, bentonit gili – 1,5 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olmuş məlumatlara əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə buğda idxalı 12,6 faiz, bitki yağları – 9,5 faiz, xam şəkər – 6,1 faiz, təzə meyvə – 4,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 23,5 faiz, unlu qənnadı məmulatları – 9,0 faiz, çay – 3,2 faiz, quş əti və onun əlavə məhsulları – 12,4 faiz, dərman vasitələri – 19,6 faiz, polad prokatı – 45,3 faiz, sintetik yuyucu vasitələr – 7,7 faiz, mebellər – 12,7 faiz, polietilen – 76,5 faiz, məişət kondisionerləri – 35,5 faiz, qara metallardan çubuqlar – 4,8 faiz, avtobuslar – 56,0 faiz, polipropilen – 12,7 faiz, sement – 26,7 faiz artmış, şokolad və şokolad məhsulları idxalı isə 5,2 faiz, kartof – 8,0 faiz, mal əti – 15,8 faiz, təzə tərəvəz – 31,7 faiz, siqaretlər – 70,4 faiz, minik avtomobilləri – 19,4 faiz, qara metallardan borular – 9,8 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 7,7 faiz, rezin şinlər – 0,2 faiz, mineral gübrələr – 20,5 faiz, paltaryuyan maşınlar – 18,8 faiz, qara metallardan künclüklər – 12,3 faiz, məişət soyuducuları – 39,2 faiz azalıb.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026