Naxçıvanla bağlı daha bir yenilik - Bu sistemə qoşulur

12:00 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaq.

ABC.AZ xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı qurumun əməkdaşları 5-7 yanvar 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında olublar.

“İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi” (İESD) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanına uyğun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb.

Xidmət əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilib, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndirilib.