Bu bazar yenidən təşkil olunacaq

12:13 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. 8-ci km Ticarət Mərkəzi" şirkəti ASC-dən MMC-yə çevrilib.

ABC.AZ xəbər verir ki, səhmdarlarin ümumi yığıncağının 30 noyabr 2022-ci il tarixli qərarına uyğun olaraq "8-ci km Ticarət Mərkəzi" ASC yenidən təşkil olunmaqla "8-ci km Ticarət Mərkəzi" MMC-yə çevrildiyini elan edir.

"Kreditorlar iki ay ərzində öz tələblərini Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 38K ünvanına bildirsinlər", - şirkətin məlumatında deyilir.

1 milyon 31 min manat nizamnamə kapitalı olan "8-ci km Ticarət Mərkəzi"nin qanuni təmsilçisi Məmmədov Rüfət Qubad oğludur.