13:41 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac icmalı”nın dekabr sayı dərc olunub.
ABC.AZ xəbər verir ki, sözügedən sayda 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (198,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (161,1 milyon ABŞ dolları) ikinci, qızıl (156,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 820 milyon ABŞ dolları, Türkiyəyə 630,5 milyon ABŞ dolları, Gürcüstana 183 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 166,5 milyon ABŞ dolları və Qazaxıstana isə 89,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.