Noyabrda Avropa İttifaqında yeni minik avtomobillərinin satışı artıb

14:35 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, noyabrda Avropa İttifaqında (Aİ) yeni minik avtomobillərinin satışı illik ifadədə 16,3% artaraq 829 527 avtomobil təşkil edib.

ABC.AZ xəbər verir ki, ən böyük bazarlarda da satışlar nəzərəçarpacaq dərəcədə artıb: Almaniyada bu rəqəm 31,4%, Fransada 9,8%, İtaliyada 14,7%, İspaniyada 10,3% artıb.

İlin əvvəlindən Aİ-də satışlar illik müqayisədə 6,1% azalaraq 8,359 milyon ədəd təşkil edib. Almaniyada azalma 2,4%, Fransada 8,7%, İtaliyada 11,6%, İspaniyada 4,4% olub.

Assosiasiyaya görə, Volkswagen Group avtomobillərinin Avropada satışları noyabr ayında illik müqayisədə 36,4%, Stellantis-in (keçmiş Fiat və PSA) 1,1% azalıb, Renault qrupunun isə 2,1% artıb.