11:35 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. "TikTok" sosial şəbəkəsi ölkədə ən çox istifadə edilən platformalardan biridir. Sosial platdorma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib.
ABC.AZ xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Qeyd edilib ki, "TkTok"da bir dama jeton göndərən istifadəçilər platformaya 50 faiz komissiya və Azərbaycan dövlətinə 18 faiz vergi ödəyir.
Bu qədər qazanca rəğmən "TikTok" sosial platforması Azərbaycana vergi ödəmir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Nəticə etibarilə "TikTok" ölkəyə vergi ödəməli olacaq. Əgər şərtləri qəbul etməzsə, onda sosial platforma Azərbaycan üçün bağlı ola bilər.
14 Avqust 2026
14 Avqust 2026