Twitter mesajlarda icazə verilən simvolların sayını 4000-ə çatdıracaq

09:20 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.“Twitter” sosial şəbəkəsi icazə verilən maksimum mesaj ölçüsünü 4000 simvola qədər artırmaq niyyətindədir.

ABC.AZ  TASS-a istinadən xəbər verir ki, istifadəçilərdən biri Muskdan mesajlar üçün simvol limitinin artırılacağını soruşduqda o, müsbət cavab verib.

Cari gün üçün bir mesajın ölçüsü 280 simvolla məhdudlaşır.

Xatırladaq ki, oktyabrın 27-də Mask eyniadlı sosial şəbəkənin sahibi Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı. Qısa müddət sonra o, hesabın bloklanması siyasətində dəyişiklik etdiyini açıqladı.