12:32 - 8.12.2022
8 dekabr, Fineko/abc.az. “Google” 2022-ci ildə ən çox verilən sorğuları açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu il “Google”da ən çox axtarılan söz “Wordle” oyunun adı olub.
Qeyd edək ki, “Wordle” - məntiq tələb edən oyundur. Burada istifadəçi 5 sözdən ibarət olan ingilisi sözünü 6 cəhddə tapmalıdır. Oyunun populyarlığının pik dövrü bu ilin fevralına təsadüf edib. Sonra “The New York Times” qəzeti bu oyunu alıb.
“Google”da axtarışa görə ikinci ən populyar söz “India vs England” oyunu barədə olub. Axtarışa görə 3-cü yeri “Ukraine”, 4-cü yeri isə Queen Elizabeth – Britaniyanın yeni vəfat etmiş kraliçası tutur.
14 Avqust 2026
14 Avqust 2026