“Microsoft Azerbaijan” bağlanır?

14:51 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. “Microsoft Azerbaijan” bağlanır.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz facebook səhifəsində bildirib.

O bildirib ki, dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.

Artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar.

Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azerbaijan”da çalışmırlar.

Görünür ki, Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.

Qeyd edək ki, bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim.