Nəzarət-kassa aparatları üzrə dövriyyə 49 faiz artıb

10:59 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 18 605,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 49 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu il noyabrı 1-nə qədər Azərbaycanda 77 979 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.