14:29 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın noyabr sayında qeyd olunub.
Sözügedən sayda bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on ayı ilə müqayisədə 16,2% artıb.
2022-ci ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026