15:02 - 5.11.2022
5 noyabr, Fineko/abc.az. Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə Bakıda noyabrın 6-dan “Bakı Alış-Veriş Festivalı” (Baku Shopping Festival) keçiriləcək.
ABC.AZ xəbər verir ki, “Bakı Alış-Veriş Festivalı” 6-20 noyabr tarixlərində təşkil olunur və şəhərimizin seçilən Ticarət Mərkəzlərini, eləcə də şəhər mağazalarını əhatə edəcək.
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərid Novruzinin sözlərinə görə, “Bakı Alış-Veriş Festivalı”-nın keçirilməsində məqsəd, bu sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə dəstək verməklə yanaşı, istehlakçılar üçün brend geyimləri daha sərfəli və əlçatan etməkdən ibarətdir.
Qeyd edək ki, Festivalda 68 dünya geyim brendi iştirak edir. Alıcılara brenddən asılı olaraq 20%-dən 50%-ə qədər endirimlər, eləcə də, xüsusi endirim aksiyaları və endirim kuponları təklif ediləcək.