11:01 - 3.11.2022
3 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-ni 715 227 manat cərimələyib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, şirkətin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu, bundan istifadə edib satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb.
Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb.
“Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərini pozduğu əsas götürülərək “Veysəloğlu”ya qarşı maliyyə sanksiyası tətbiq olunub.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026