10:45 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Marketlərdə duru yağlarının qiyməti son bir ayda 20 faizə yaxın bahalaşıb.
ABC.AZ xəbər verir ki, bunu hər bir diqqətli alıcı mağazaya girəndə hiss edə bilər. Elə satıcılar və mağaza sahibləri də bunu gizlətmir.
Onlar deyir ki, ötən ay 7 manata olan duru yağları indi 11 manat və ya 11,50-yə satılır. Satıcılar deyir ki, qiymət artımı alıcılıq qabiliyətini də aşağı salıb.
Belə ki, əvvəl təqribi gündəlik mağazaya 100 nəfər gəlirdisə, indi 50 nəfər dükana girir ya, yox.
"Girənlərin də hamısı alış-veriş edə bilmir. Qiymətləri görüb, bahalığı bilib, əsas lazım olanları alıb çıxırlar. Ötən ayla müqayisədə alver çox zəifləyib" -deyə satıcı bildirib. Alverin zəiflədiyini görən sahibkarlar da işdən "soyuyub". İçlərində eləsi var ki, aylıq icarə pulunu, işçilərin maaşını verə bilmədiyindən mağazanı bağlamaq istəyir.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026