17:25 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Cənubi Koreyanın elektronika məhsulları istehsalçısı “Samsung Electronics”in xalis mənfəəti 2022-ci ilin 3-cü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 23,6% azalaraq 9,39 trilyon von (təxminən 6,6 milyard dollar) təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Bununla yanaşı, şirkətin hesabat dövründəki gəliri 3,8% artaraq 76,78 trilyon von (52 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti illik müqayisədə 31,4% azalaraq 10,85 trilyon von (7,6 milyard dollar) təşkil edib.
Səhm üzrə qazanc 2021-ci ilin üçüncü rübündəki 1,776 vondan (1,25 ABŞ dolları) 2022-ci ilin 3-cü rübündə 1,346 vona (0,9 dollar) geriləyib.
12 Avqust 2026