10:00 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. "Microsoft" iyul-sentyabr ayları üçün hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, şirkətin gəlirləri iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 50,1 milyard dollar təşkil edib.
"Microsoft" 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlirlər əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə eyni dövrdə 14% azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olmuşdu.
Microsoft-un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.
12 Avqust 2026