Azərbaycandan qeyri-neft məhsulları ən çox bu ölkələrə ixrac olunub - Siyahı

17:23 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a  bildirilib ki, doqquz ayda Rusiyaya 602,1 milyon dollar, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,5 milyon dollar, İsveçrəyə 136,2 milyon dollar, ABŞ-a isə 63,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.