Moldova Azərbaycandan bu qədər təbii qaz alacaq

16:07 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. Moldovaya yaxın iki aya 300 milyon kubmetr təbii qaz lazımdır.

ABC.AZ xəbər verir ki, bunu Bakıda səfərdə olan jurnalistlərə açıqlamasında Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib.

Onun sözlərinə görə, enerji təminatı ilə bağlı Moldova həm qısa, həm də uzunmüddətli həlləri nəzərdən keçirir.

Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.