10:31 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Rusiyadan qaz tədarükünün azalmasına baxmayaraq, Avropa ölkələri öz anbarlarını doldurmaqda davam edirlər.
ABC.AZ xəbər verir ki, yeraltı qaz anbarlarında ehtiyatların səviyyəsi artıq 91%-i ötür.
Qeyd edək ki, əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdəsinə götürmüşdülər.
Anbarların doldurulması daha çox mayeləşdirilmiş təbii qazın (LNG) alınması və mövcud yüksək qiymətlərlə alternativ boru kəmərləri vasitəsilə qaz tədarük edilməsi ilə bağlıdır.
22 Avqust 2026