Azərbaycanda "Silikon vadisi" tipdə model yaradılır?

12:33 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Azərbaycanda "Silikon vadisi"nə bənzər model yaradıla bilər.

ABC.AZ xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" adlı təlim-seminarda deyib.

O bildirib ki, bu məsələ ali təhsil müəssisələrinin rektorları ilə görüşdə müzakirə ediləcək.

"Bu modelin yaradılması strateji fəaliyyət planına salına bilər. Burada tələbələrin ideyaları, startapları, biznes mühitinə çıxış imkanları qiymətləndiriləcək".