“Android” smartfonları bundan sonra peyklərə birbaşa qoşula biləcək

15:31 - 6.09.2022


6 sentyabr, Fineko/abc.az. “Google” şirkəti “Android” smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiya hazırlayır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Google”dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, şirkət smartfonların peyklərə birbaşa qoşulmasına imkan verəcək yeni texnologiyadan “Android”in 14-cü versiyasında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, “Android” smartfonların növbəti versiyası 2023-cü ilin payızında təqdim ediləcək.