Bu metrostansiyalara giriş məhdudlaşdırılacaq - Siyahı

16:35 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Metropolitenindən  bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.