09:35 - 30.06.2022
30 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində müxtəlif istiqamətdə dəyişir və iyun ayını azalma ilə tamamlayır.
London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri saat 09:15 - də barrel başına $0,37 (0,32%) azalıb və $115,89 təşkil edib. 29 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $1,72 (1,46%) - barrel başına $116,26-a qədər azalıb.
Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin avqust fyuçersləri saat 09:17-də $0,17 (0,15%) - barrel başına $109,95-ə yüksəldi. 29 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin avqust fyuçers qiyməti $1,98 (1,77%) - barrel başına $109,78-ə düşüb.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026