15:08 - 4.04.2022
4 aprel, Fineko/abc.az. Mart ayında İraq neftinin ixracı ölkəyə 50 il ərzində rekord həddə çataraq 11 mlrd. ABŞ dolları təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, martda xam neft ixracının məcmu həcmi 100 mln. 563 min 999 barel, gəlirlər isə 11,07 mln. dollar təşkil edib ki, bu da 1972-ci ildən bəri əldə edilən ən böyük göstəricidir.
Hesabat dövründə gündəlik ixrac həcmi neftin bir barelinin orta dəyəri 110 dollar olmaqla 3,244 mln. barel təşkil edib.
18 Avqust 2026