14:58 - 1.03.2022
1 mart, Fineko/abc.az. “Netflix” striminq servisi “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) tələbinə baxmayaraq, 20 Rusiya telekanalını yayımlamaqdan imtina edib.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətdən hazırkı vəziyyəti nəzərə alaraq, sözügedən kanalları xidmətlərinə əlavə etməyi planlaşdırmadıqlarını açıqlayıblar.
Nəşrin məlumatına görə, “Netflix”in Rusiya seqmenti kiçikdir, ölkədə şirkətin ofis və əməkdaşları yoxdur.
14 Avqust 2026
14 Avqust 2026