14:32 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Böyük Britaniyanın "bp” şirkətinin Azərbaycandakı qolu şirkəti 2021-ci ilin yekunları üzrə heabat yayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, 2021-ci il ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 533 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 660 milyon dollar əsaslı məsrəflər xərclənib.
Hesabat dövründə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edib - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşmış, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.
İsrafil Hüseynov borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.
18 Avqust 2026