17:22 - 13.09.2021
13 sentyabr, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2021-2022-ci ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
ABC.AZ xəbər verir ki, bu OPEC-in aylıq hesabatında öz əksini tapıb.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 750 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza bərabərdir.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 820 min barel səviyyəsində olacaq.
14 Avqust 2026
14 Avqust 2026