14:40 - 6.09.2021
6 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Neft Fondu (ARDNF) 01.09.2021-ci il tarixinə olan məlumata əsasən, gəlirlərini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Şahdəniz yatağından (qaz və kondensat) 01.01.2021 - 01.09.2021 dövründə 130 milyon 137 min ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2021- 01.09.2021 tarixinə) 57 milyon 131 min ABŞ dolları təşkil edib.
İndiyədək ARDNF Azəri Çıraq Günəşli və Şahədəniz üzrə cəmi 156 milyard 690 milyon dollar gəlir əldə edib.
14 Avqust 2026
14 Avqust 2026