10:00 - 24.08.2021
24 avqust, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələri üzrə 5%-dən çox artdıqdan sonra, etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində artmağa davam edir.
Saat 9:30-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,38 (0,55%) bahalaşaraq bir barelə $69,13 təşkil edib. Avqustun 23-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $3,57 (5,48%) artaraq bir barelə $68,75 təşkil edib.
Saat 9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,31 (0,47%) artaraq bir barelə $65,95 təşkil edib. Avqustun 23-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $3,50 (5,63%) artaraq bir barelə $65,64 təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026