15:38 - 9.07.2021
9 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında dəyər baxımından Rusiya neft ixracının həcmi 36,26 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu 2020-ci ilin eyni dövrünə nisbətən 7,1% artım deməkdir.
Bunu Rusiya Federal Gömrük Xidməti açıqlayıb.
Bundan əvvəl 2021-ci ilin əvvəlindən bəri Rusiya neft gəlirlərinin dinamikası mənfi idi.
Eyni zamanda, hesabat dövründə Rusiyanın neft ixracının fiziki həcmi 16,9% azalaraq 87 milyon 731 min ton təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026