Ağdamda 2 yeni yarımstansiya tikilir

11:03 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Ağdam rayonunun böyüklüyü və ərazidə böyük layihələrin gerçəkləşəcəyi nəzərə alınmaqla burada 2 ədəd 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərenerji” məlumat yayıb.

“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın Şelli kəndi istiqamətində inşa edilir.

Ən əsası sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Müəllif: Elmir Murad