16:24 - 17.05.2021
17 may, Fineko/abc.az. Bu il pilot layihə olaraq paytaxtın marşrut xəttinə elektrik avtobusları buraxılacağı nəzərdə tutulub.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli VI “Qlobal Yol Təhlükəsizliyi Həftəsi”nin açılışında deyib.
O qeyd edib ki, cari ildə pilot layihə olaraq 2-3 elektrik avtobusunun marşrut xəttinə buraxılacaq. Daha sonra müəyyən analizlər aparıldıqdan, avtobusların hansı istiqamətdə hərəkət edəcəkləri müəyyən edildikdən sonra gələcəkdə istifadəsinə başlanması planlaşdırılır.
14 Avqust 2026