İqtisadçı Elman Rüstəmovun mətbuat konfransını şərh etdi – Kreditləşmədə kiçik və orta sahibkarlığın payından danışılmadı

14:37 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu gün keçirilən mətbuat konfransındakı cavablarına münasibət bildirib.

ABC.AZ xəbər verir ki, R.Ağayev özünün facebook səhifəsində baş bankirin şəffaflıq və informasiya açıqlığı tələb edən suallardan ustalıqla yayındığını vurğulayıb.

Ekspert buna misal olaraq “iqtisadiyyatda bütün institusional vahidlərə aid xarici aktiv və öhdəliklərlə bağlı məlumatların əks olundğu beynəlxalq investisiya mövqeyi statistikasını geniş açıqlamağa ehtyac duymadlılar - halbuki bu barədə sual oldu” deyə qeyd edib. R.Ağayev başqa misal da çəkib: “Real sektorda kreditlərin və sektorun xüsusi çəkisini soruşdular - yenə qeyri-dəqiq cavab: 90%-dən çox. Halbuki Mərkəzi Bankın statistik bazasında bu gösrtərici illər üzrə olmalıdır. Kreditləşmədə kiçik və orta sahibkarlığın payıdan ümumiyyətlə danışılmadı. Halbuki biznesin ölçüsündən asılı olaraq kreditləşmənin dinamikasında və faiz səviyyəsində baş verən tendensiyalar barədə ayrıca məlumat verilməsi çox önəmlidir”.

Müəllif: Elmir Murad