Yaxın zamanlarda bank sektorunun sağlamlaşdırılması yekunlaşacaq - Baş Bankir

11:31 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Ölkədə makroiqtisadi dayanıqlığın təməli yaradılıb.   

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

E. Rüstəmov bank sektorundakı vəziyyətə toxunaraq bu sahədə bəzi zəifliklərin olduğunu da gizlətməyib. Baş bankir Mərkəzi Bank bu istiqamətdə də işlərin gördüyünü vurğulayıb: "Yaxın zamanlarda bank sektorunun sağlamlaşdırılması yekunlaşdırılacaq. Bildiyiniz kimi kadr və digər sferalarda prezident tərəfindən islahatlar aparılır. Hesab edirəm ki, prezidentin bizim qarşımıza qoyduğu hədəflər ölkənin reytinqinin artması istiqamətində böyük effekt verəcək".

 

Müəllif: Elmir Murad