11:25 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. “AFB Bank”ın maliyyə vəziyyətini açıqlayıb.
ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2019-cu ildə 6 milyon 244 min manat mənfəət əldə edib. Bu 2018-ci illə müqayisədə 15 milyon 410 min manat və ya 71,2% azdır. 2018-ci ildə bankı xalis mənfəəti 21 milyon 654 min manat olub.
2019-cu ildə bankın faiz gəlirləri 28 milyon 855 min manat , faiz xərcləri 2 milyon 305 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 5 milyon 085 min 14,9%, faiz xərcləri 454 min manat və ya 16,4% azalıb.
Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 33 milyon 938 min manat, faiz xərcləri 2 milyon 759 min manat təşkil edib.
Müəllif: Elmir Murad