Azərbaycanda 50 milyon manatdan çox məcmu kapitala malik olan bank – Hesabat verdi

11:11 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. 31 Dekabr 2019-cu il tarixində “AGBank” 454 milyon 530 min manat cəmi aktivlərə malik olub.

ABC.Az xəbər verir ki, bu barədə bankın açıqladığı maliyyə göstəricilərində qeyd olunub.

Hesabata əsasən,  həmçinin bankın cəmi aktivlərinin 222 milyon 997 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 31 Dekabr 2019-cu il tarixində “AGBank”ın cəmi öhdəlikləri 404 milyon 558 min manat, o cümlədən depozitlər 208 milyon 166 min manat təşkil edib.

31 Dekabr 2019-cu il tarixində “AGBank” 50 milyon 872 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad